
Tuxel İngiltərə millisindəki qaydanı dəyişdi
Baş məşqçi Tomas Tuxelin rəhbərlik etdiyi İngiltərə millisində yeni qərar qəbul edilib. O, futbolçuların həyat yoldaşları və sevgililərinin komanda ilə birgə qalmasına icazə verib.
Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis əvvəlki baş məşqçi Qaret Sautqeytin dövründə tətbiq olunan sərt qaydanı ləğv edib. Beləliklə, futbolçuların ailə üzvləri komandanın düşərgəsində yerləşən oteldə qala biləcək.
Bildirilir ki, bu qərar ABŞ-nin Florida ştatının Uest-Palm-Biç bölgəsində yerləşən oteldə tətbiq olunacaq. Əvvəllər oteldə qalmağa yalnız futbolçular və texniki heyətə icazə verilirdi.
Tuxel komandanın rəsmi oyunlardan əvvəl daha rahat mühitdə olmasını və futbolçuların ailələri ilə daha çox vaxt keçirməsini istəyir. Bu addımın məqsədi oyunçuların psixoloji rahatlığını artırmaq kimi qiymətləndirilir.
Bizi Facebook-da izləyin



