Tuxelin qərarı qətidir: Ayrılacaq!

“Bayern”in baş məşqçisi Tomas Tuxel 2024-cü ilin yayında Münhen klubundan ayrılmaq qərarını dəyişməyəcəyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman mütəxəssis klubdan ayrılacağını təsdiqləyib:

“Bu, “Bayern”in baş məşqçisi kimi son mətbuat konfransımdır. Danışıqlar oldu, lakin biz razılığa gəlmədik. Ona görə də, fevraldakı qərarım qüvvədə qalır”.

Tuxel 2023-cü ilin martından Münhen komandasına rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 37 qələbə qazanıb, 8 dəfə heç-heçə edib, 15 dəfə məğlub olub.

“Bayern” bu mövsüm 33 turdan sonra 72 xal toplayaraq Almaniya çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button