Türkiyə millisinin baş məşqçisi ilə bağlı qərar verilib

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella postunda qalacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası DÇ-2026-da uğursuz çıxışa baxmayaraq, italiyalı mütəxəssislə əməkdaşlığı davam etdirmək niyyətindədir. Türkiyə millisi mundialda qrup mərhələsini keçə bilməyib və 3 xalla mübarizəni dayandırıb.

52 yaşlı mütəxəssis 2023-cü ildən Türkiyə yığmasına rəhbərlik edir. Komanda onun rəhbərliyi altında 36 oyuna çıxıb, 21 qələbə qazanıb, 5 heç-heçə edib və 10 məğlubiyyət alıb.

Montellanın hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyulunun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button