Prosineçkini kimin əvəzləyəcəyi məlum oldu

Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin “sükan”ı Bayram Bektaşa tapşırılıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bektaşla 2 illik müqavilə imzalanacaq.

Bayram Bektaş son olaraq Türkiyə milli komandasında baş məşqçi Şenol Günəşin köməkçisi olub.

“Kayserispor”u son olaraq Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki çalışdırırdı. Xorvatiyalı mütəxəssisin baş məşqçisi olduğu komanda Super Liqanı 18-ci sırada tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button