“Fənərbaxça”da ciddi itki – startı buraxacaq

Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin futbolçusu Dmitris Pelkas sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, yunan yarımmüdafiəçinin sağ çiyninin çıxdığı bildirilib.

Pelkas Türkiyə Super Liqasında yeni mövsümün startını buraxacaq.

Super Liqada 2021/2022 mövsümünə sabah start veriləcək. “Fənərbaxça” ilk tur çərçivəsində avqustun 15-də, səfərdə “Adana Dəmirspor”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button