“Fənərbaxça”yla görüşdü, vaxt istədi

Türkiyənin “Fənərbaxça” klubu boş qalan baş məşqçi postuna Roger Şmidti gətirmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, Super Liqa təmsilçisinin alman mütəxəssisin meneceri ilə görüşdüyü bildirilib.

Lakin Şmidt qərar vermək üçün bir az vaxta ehtiyacının olduğunu bildirib. 52 yaşlı mütəxəssis vətəninə – Almaniyaya qayıdaraq, Bundesliqada işləmək istəyir və alman klublarından təklif gözləyir.

Son olaraq Çinin “Beytsin Qoan” komandasını çalışdıran və hazırda işsiz olan Şmidt, daha əvvəl Almaniyada “Proyssen”, “Paderborn”, “Bayer”, Avstriyada isə “Zalsburq”un “sükanı arxasında” olub.

“Fənərbaxça”da bir müddət əvvəl baş məşqçi Ərsun Yanal vəzifəsindən ayrılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button