Türkiyəli azarkeşlər Namik Ələskərova görə etiraz etdilər!

Türkiyənin “Bursaspor” klubunun azarkeşləri Namik Ələskərovun 1-ci liqada “Altınordu” ilə səfər oyununda meydana çıxmamasına etiraz ediblər.

Komanda.az xəbər verir ki, bu barədə “bursahakimiyet.com” saytı məlumat yayıb. Fanatlar 26 yaşlı yarımmüdafiəçinin ehtiyat oyunçular skamyasında əyləşməsini doğru qərar hesab etməyiblər.

“Timsahlar”ın baş məşqçisi Fatih Təkkə “Altınordu”ya 1:2 hesabı ilə uduzduqları matçda Namikə şans verməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button