“Adana Dəmirspor” “Milan”ın keçmiş baş məşqçisi ilə razılaşdı

Türkiyənin “Adana Dəmirspor” komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin “sükan”ı italyan mütəxəssis Vinçentso Montellaya tapşırılacaq. Bu barədə “Adana Dəmirspor” klubunun prezidenti Murat Sancak yerli mətbuata açıqlamasında deyib. O, italyan mütəxəssislə razılaşdıqlarını bildirib.

Montella daha əvvəl İtaliyada “Roma”, “Milan”, “Fiorentina”, İspaniyada “Sevilya” kimi klublarda çalışıb.

“Adana Dəmirspor”da dünən baş məşqçi Samet Aybaba istefaya göndərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button