“Belə bir şey olarsa, İtaliyaya piyada gedərəm” – Balotelli

Türkiyənin “Adana Dəmirspor” klubunda çıxış edən Mario Balotelli yenidən İtaliya yığmasında oynamaq istəyir.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən hücumçu, milliyə çağırılacağı halda, İtaliyaya piyada gedəcəyini söyləyib:

“Mart ayında İtaliya milli komandasına çağırılmaq xəyal olar. Belə bir şey olarsa, İtaliyaya piyada gedərəm.

Roberto Mançini ilə yaxşı münasibətim var. Milli komandaya qayıtmağım üçün məndən nə istədiyini açıq şəkildə dedi. Yaxşıyamsa, niyə məni çağırmasın?”

Balotelli İtaliya millisində 36 oyunda 14 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button