“Adana Dəmirspor” növbəti transferini açıqladı

Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Danimarkanın “Midtyulland” klubundan David Akintolanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Akintola ötən mövsümü icarə əsasında “Hatayspor”da keçirib.

“Adana Dəmirspor” bundan əvvəl Lukas Kastro, Mario Balotelli, Benjamin Stambuli, Britt Assombalonqa kimi futbolçuları transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button