Türkiyəli futbolçunun çağırışına daha 3 məşhur oyunçu qoşuldu

“Atalanta”nın türkiyəli futbolçusu Merih Demiralın başlatdığı yardım kampaniyasına daha üç məşhur futbolçu qoşulub.

Komanda.az xəbər verir ki, “Mançester Siti”dən Erlinq Halandla Kevin De Bruyne, eləcə də “Tottenhem”dən Harri Keyn zəlzələ qurbanlarına yardım edəcək.

Onlar hərraca çıxarılması üçün imzalı formalarını Demirala göndəriblər.

Daha öncə Merih portuqaliyalı ulduz Kriştiano Ronaldo və “Roma”dan Paulo Dibalanın imzalı formasını hərraca çıxarmışdı.

Fevralın 6-da baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button