Türkiyə yığmasında alman baş məşqçi

Futbol üzrə Türkiyə millisinin yeni baş məşqçisi bəlli olub.

Komanda.az xəbər verir ki, “ay-ulduzlular”ı bundan sonra Ştefan Kunts çalışdıracaq.

Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə yeni baş məşqçi ilə sabah rəsmi müqavilə imzalanacağı diqqətə çatdırılıb.

Almaniyadan olan məşqçi bu postda bir müddət öncə istefa verən Şenol Günəşi əvəz edəcək. Ştefan Kunts yeni təyinatla əlaqədar çalışdırdığı Almaniyanın gənclərdən ibarət yığmasındakı işindən ayrılmalı olub. O, 2016-cı ildən ölkəsinin gənc futbolçularına rəhbərlik edirdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button