“Beşiktaş”ın futbolçusu huşunu itirdi, xəstəxanalıq oldu

Türkiyə Super Liqasının 2-ci turu çərçivəsində keçirilən “Qaziantep” – “Beşiktaş” matçında xoşagəlməz hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanın 70-ci dəqiqəsində “Beşiktaş”ın futbolçusu Fabris Nsakala huşunu itirib.

31 yaşlı müdafiəçi həkimlərin müdaxiləsindən sonra xəstəxanaya aparılıb. Nsakalanın durumu hazırda yaxşıdır və həyati təhlükəsi yoxdur.

“Qaziantep” – “Beşiktaş” matçı 0:0 hesabıyla başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button