Türkiyə Super Liqasında ilk vida

Futbol üzrə Türkiyə Super Liqasında 2019/20 mövsümünün başa çatmasına bir tur qalmış elitanı tərk edəcəyi dəqiqləşən ilk komanda bəlli olub.

Komanda.az xəbər verir ki, 18 komanda arasında sonuncu pillədə qərarlaşmış “Ankaragücü” 1-ci liqaya düşüb.

Buna sözügedən komandanın 33-cü turda “Antalyaspor”a 0:1 hesablı məğlubiyyəti səbəb olub. Hesabında 29 xalı olan bu komandanın sonuncu pilləni tərk edə bilməyəcəyi dəqiqləşib.

“Ankaragücü” iki mövsüm idi ki, Super Liqada mübarizə aparırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button