“Bursaspor”da işləyərkən Bədavini transfer etməyi düşünürdük” – Şenol Günəş

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş İctimai Televiziyada (İTV) yayımlanan “Bol idman” verilişinə müsahibəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunu haqda danışıb.

Komanda.az xəbər verir ki, Şenol Günəş “Bursaspor”da çalışdığı vaxt “Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisi Bədavi Hüseynovu transfer etməyi düşündüklərini deyib:

“Azərbaycan millisinin əvvəlki heyətindən çıxışına bələd olduğum futbolçular var idi. Hazırkı komandadan Bədavi Hüseynovu tanıyıram. “Qarabağ”da çıxış edir, müdafiəçidir. Hətta “Bursaspor”da işləyərkən Bədavini transfer etməyi düşünürdük. Ümumiyyətlə, “Qarabağ” son illər həm ölkə çempionatında, həm də avrokuboklarda uğurla çıxış edir. Bu mövsüm isə “Neftçi” onları qabaqladı. Bunun özü də böyük uğurdur”.

Şenol Günəş 2014/15 mövsümündə “Bursaspor”u çalışdırıb.

Türkiyə – Azərbaycan matçı mayın 27-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button