Türkiyə mediası “Turan Tovuz”dan yazır – FOTO

Fevralın 11-də Azərbaycan Premyer Liqasının 22-ci turunda keçirilən “Turan Tovuz” – “Kəpəz” oyunundan sonra (2:0) Tovuz klubu bilet satışından əldə olunan bütün gəlirin zəlzələdən əziyyət çəkən Türkiyəyə yardım məqsədi ilə köçürüldüyünü açıqlamışdı.

Komanda.az xəbər verir ki, Tovuz klubunun bu jesti Türkiyə mətbuatında da geniş yer alıb. DHA, İHA, AA xəbər agentlikləri, “A Spor” telekanalı, “beinsport.com.tr”, “fanatik”, “fotomaç”, “sporx”, “cumhuriyyet”, “sondakika”, “haber7” və başqa media qurumlarında müxtəlif başlıqlarla “Turan Tovuz”un bilet satışından əldə olunan gəliri Türkiyəyə bağışladığı xəbəri yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button