Türkiyə mətbuatı: “Sabah”ın futbolçusu “Beşiktaş”ın hədəfində

“Sabah”ın futbolçusu Ozan Can Kökçü “Beşiktaş”ın maraq dairəsindədir.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, İstanbul klubu “Sabah”la razılığa gələ bilsə, 22 yaşlı futbolçu “Beşiktaş”a transfer  olunacaq.

Onun Türkiyənin digər klubu “Kasımpaşa”nın da maraq dairəsində olduğu bildirilir.

Azərbaycanın U-21 millisinin üzvü olan Kökçünün “Sabah”la müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button