Türkiyə kubokunda finalçılar bəlli oldu

Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə də bir görüş baş tutub.

İkinci finalçının adına “Alanyaspor” – “Antalyaspor” matçında aydınlıq gəlib. Səfərdə bu rəqibini minimal hesabla məğlub etmiş Alanya təmsilçisi doğma meydanda darmadağınla qalib gələrək həlledici oyunda iştirak hüququ qazanıb.

Xatırladaq ki, daha öncə “Fənərbaxça”nı hər iki oyunda məğlub edən “Trabzonspor” finala yüksəlmişdi. Beləliklə, həlledici oyunda “Trabzonspor”la “Alanyaspor” üz-üzə gələcək.

Türkiyə kuboku
Yarımfinalın cavab oyunları

16 iyun

Fənərbaxça – Trabzonspor 1:3 (ilk oyun 1:2)
Qol: D.Turuc, 42 – Sorlot, 6; 83. Novak, 90+4.

18 iyun

Alanyaspor – Antalyaspor 4:0 (1:0)
Qol: Sisse, 15; 46; 49. C.Gülselam, 25.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button