Türkiyə klubundan “Qarabağ”ın futbolçusuna təklif

“Qarabağ” klubunun futbolçusu Ovusu Kvabena karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Sakaryaspor” 25 yaşlı hücumçu üçün “köhlən atlar”a təklif göndərib.

Cavabın bu həftə ərzində veriləcəyi gözlənilir. 1-ci liqaya vəsiqə qazanan komanda qanalı forvardı icarə əsasında və ya birdəfəlik heyətinə qatmaqda maraqlıdır.

Ötən mövsüm icarə əsasında “Ankaragücü”nün formasını geyinmiş Ovusunun “Qarabağ”la 2023-cü ilin yayınadək müqaviləsi var. O, 1-ci liqada meydana çıxdığı 21 matçda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button