
Sörlot Türkiyə klubundan 12 milyon avro maaş tələb edib
“Atletiko”nun hücumçusu Aleksander Sörlot bu qış transfer pəncərəsində komandadan ayrıla bilər. Daha əvvəl norveçli futbolçunun baş məşqçi Dieqo Simeone ilə münasibətlərinin gərgin olduğu bildirilmişdi. Eyni zamanda, “Fənərbaxça” Sörlota maraq göstərir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Sörlot Türkiyə klubuna keçidə açıqdır, ancaq yeni komandada yüksək gəlir əldə etmək istəyir. O, “Fənərbaxça”dan illik 12 milyon avro maaş tələb edib.
30 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 22 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



