Bəhlul Mustafazadə milliyə çağırıldı

Türkiyə, Belarus və Moldova yığmaları ilə yoxlama oyunu keçirəcək Azərbaycan milli komandasına daha bir futbolçu dəvət olunub.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. “Sabah” klubunun müdafiəçisi Bəhlul Mustafazadə yığmanın qarşıdakı yoxlama oyunları üçün heyətə çağırılıb.

Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvləri Nicat Mehbalıyev (“Sabah”), Cəlal Hüseynov (“Zirə”) və Vidadi Cəfərov (“Turan Tovuz”) A milli komandanın 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək məşqlərində iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button