“Qalatasaray”ın sabiq hücumçusunun “qızıl buts”ları oğurlandı

Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Mario Jardelin evi qarət olunub.

Komanda.az xəbər verir ki, oğrular braziliyalı keçmiş hücumçunun iki “qızıl buts” mükafatını oğurlayıblar. Quldurlar bundan başqa, bir neçə gümüş və bürüncdən olan medal və kubokları da oğurlayıblar. Jardel “qızıl buts” mükafatlarının oğurlanmasına belə şərh verib:

“Maddi dəyərləri heç önəmli deyil, lakin mənəvi olaraq çox qiyməti şeylər idi. Mənim miras qoya biləcəyim mükafatlarım təəssüf ki, yox oldu”.

Jardel 1999 və 2002-ci illərdə Avropada ən çox qol vuran futbolçuya verilən “qızıl buts” mükafatını qazanıb.

Jardel karyerası ərzində Portuqaliyada “Portu”, “Sportinq”, Türkiyədə “Qalatasaray”, İngiltərədə isə “Bolton”da çıxış edib. Hücumçu Braziliya yığmasında 10 oyuna çıxıb.