“Qalatasaray”ın sabiq futbolçusu vəfat etdi – 27 yaşında FOTO

Türkiyənin “Konyaspor” klubunun futbolçusu Ahmet Çalık vəfat edib.

Komanda.az xəbər verir ki, 27 yaşlı müdafiəçi avtomobil qəzasında ölüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

2020-ci ildən “Konyaspor”da çıxış edən Ahmet 2017-2020-ci illərdə “Qalatasaray”ın uğurları üçün çalışıb. Mərhum müdafiəçi Türkiyə yığmasında 8 oyun keçirmişdi.