“Fənərbaxça” Kiyev “Dinamo”su ilə “sülh bağladı” VİDEO

Türkiyənin “Fənərbaxça” komandası növbəti yoxlama matçına çıxıb.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Ukraynanın “Dinamo” komandası ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə bitib.

“Fənərbaxça” bundan əvvəlki yoxlama matçında Almaniyanın “Qröyter” komandasını 3:2 hesabıyla məğlub etmişdi.

“Neftçi” Avropa Liqasının 3-cü mərhələsində Finlandiyanın HİK komandasını mübarizədən kənarlaşdırsa, pley-offda “Fənərbaxça” ilə qarşılaşacaq.

“Neftçi” HİK-lə ilk matçda qollu bərabərə qalıb – 2:2. Komandalar arasındakı cavab matçı avqustun 12-də, Finlandiyada olacaq.

Yoxlama oyunu

4 avqust

Fənərbaxça (Türkiyə) – Dinamo (Kiyev, Ukrayna) 1:1
Qol:
Dmitris Pelkas, 63 – Boqdan Lednev, 27.