Pirlo “Fənərbaxça”ya “yox” dedi

Türkiyənin “Fənərbaxça” klubu baş məşqçi postu üçün “Yuventus”dan ayrılan Andrea Pirlo ilə danışıqlar aparıb.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Pirloyə rəsmi müqavilə təklifi edən “Fənərbaxça” italyan mütəxəssisdən “yox” cavabı alıb.

Pirlo İtaliyada qalmaq istədiyi və hədəfləri arasında Türkiyədə işləmək olmadığı üçün təklifi rədd edib.

İtaliya mətbuatı “Fənərbaxça”nın isveçrəli mütəxəssis Lusyen Favrla razılaşmaya yaxın olduğunu bildirib.