“Beşiktaş” da Azərbaycana dəstək oldu

Türkiyənin “Beşitaş” futbol klubu cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub. 

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi bu barədə rəsmi “tvitter” hesabında paylaşım edib. 

Paylaşımda “Tək millət, iki dövlət! Hər zaman yanındayıq, can Azərbaycan” – yazılıb.

Daha əvvəl “Qalatasaray”, “Fənərbaxça” və “Trabzonspor” da Azərbaycana dəstək olub.