Super Liqa klubunda baş məşqçi ayrılığı

Türkiyənin “Alanyaspor” klubunun baş məşqçisi Erol Bulut vəzifəsindən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis özünün “tvitter” hesabından paylaşım edib. Bulut, “Alanyaspor”dakı işindən ayrıldığını açıqlayıb.

Erolun rəhbərlik etdiyi “Alanyaspor” Super Liqada son mövsümü 5-ci sırada tamamlayıb. Bulutun “Fənərbaxça” klubunda baş məşqçi postuna gətiriləcəyi gözlənilir.