Türkiyəli hücumçusu “Ayntraxt”da!

Almaniyanın “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Frankfurt təmsilçisi Türkiyənin gənclərdən ibarət yığmasının və “Bursaspor”un hücumçusu Ali Akmanı heyətinə qatıb.

Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Lakin 18 yaşlı forvardla müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

“Bursaspor”un öz yetirməsi olan Ali Akman, daha öncə “İnegölspor”da da futbolun sirlərinə yiyələnib. O, 2019-cu ildən Bursa klubunun əsas komandasında çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button