Türkiyədə də futbol dayandı

Türkiyədə futbol liqaları dayandırılıb.

Komanda.az xəbər verir ki, buna səbəb koronavirus pandemiyasıdır. Bu barədə Türkiyənin “Fanatik” nəşri məlumat yayıb.

Bildirilir ki, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin son iclasında Super Liqa da daxil olmaqla, ölkədə keçirilən bütün liqaların bir ay müddətinə təxirə salınması qərara alınıb.

Daha əvvəl verilən qərara görə, çempionat oyunları azarkeşsiz keçirilirdi.