Türkiyə yığmasının yeni baş məşqçisi bəlli oldu

Futbol üzrə Türkiyə millisinin yeni baş məşqçisi bəlli olub.

Komanda.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Okan Buruk çalışdıracaq.

Bu barədə Türkiyə mətbuatə məlumat yayıb. Xəbərdə Türkiyə Futbol Federasiyasının Okan Burukla böyük ölçüdə razılığa gəldiyi vurğulanıb. 48 yaşlı mütəxəssis bu postda bu gün istefaya göndərilmiş Şenol Günəşi əvəzləyəcək. 69 yaşlı mütəxəssis DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Niderlanda 1:6 hesablı məğlubiyyətdən sonra postundan uzaqlaşdırılıb.

Qeyd edək ki, Okan Buruk 2019/2020 mövsümündə “Başakşəhər”lə Türkiyə Super Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button