
Türkiyə superkubokunun qalibi müəyyənləşdi
Türkiyə superkubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, İstanbulda Atatürk Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında əzəli rəqiblər – “Qalatasaray”la “Fənərbaxça” qarşılaşıb.
“Fənərbaxça” Halil Umut Melerin idarə etdiyi derbidən 2:0 hesablı qələbə ilə ayrılıb. Qolları Matteo Genduzi (28-ci dəqiqə) və Ceyden Ostervolde (48-ci dəqiqə) vurub.
Yarımfinalda “Qalatasaray” “Trabzonspor”u, “Fənərbaxça” isə “Samsunspor”u mübarizədən kənarlaşdırmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



