Türkiyə millisində ciddi itki

Futbol üzrə Türkiyə yığma komandası ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “ay-ulduzlular”ın hücumçusu Cenk Tosun sıradan çıxıb.

O, milli komandanın son məşqlərindən birində zədələnib. Qasığında yırtıq aşkarlanan futbolçunun zədəsi ciddi olduğundan, o, yığmanın düşərgəsini tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Türkiyə millisi qarşıdakı günlərdə AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində İslandiya və Andorra ilə üz-üzə gələcək. İngiltərənin “Everton” klubunun şərəfini qoruyan Cenk Tosun bu oyunlarda forma geyinə bilməyəcək.