Şenol Günəşdən 3:3-ə şərh: “Futbol sürprizlərə açıqdır”

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş DÇ-2022-nin seçmə mərhələsində Latviya ilə qarşılaşdıqları matçdan sonra fikirlərini bildirib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Günəş, 3:3 hesabıyla bitən görüşü belə şərh edib:

“Daha çətin oyunlarda əldə etdiyimiz qələbələrdən sonra belə bərabərlik gözləmirdik. Futbolçularımın hər biri qazanmaq istəyirdi, lakin alınmadı. İstədiklərimizi tam olaraq yerinə yetirə bilmədik. Rəqib istədiyi kimi oynamağı bacardı. Qazanacağımız hesabı qoruya bilmədik. İki fərqlə irəlidə olduğumuz bir oyun bərabərliklə bitdi. Bu, bizi çox məyus etdi.

Uzun müddət sonra Latviyanı məğlub etmək şansımız var idi. Futbolçular da istəyirdi, amma olmadı. Niderland və Norveç qələbəsindən sonra bu oyunda xal itirməməliydik. Nəticə rəqiblərimizə faydalı oldu. Futbol sürprizlərə açıqdır, bunu bir daha gördük”.