Türkiyə klubu birini gətirdi, ikisi ilə vidalaşdı

Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Rusiyanın ÇSKA (Moskva) klubunun yarımmüdafiəçisi Kristian Bıstroviçi transfer edib.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı xorvatiyalı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.

Bıstroviç 2018-ci ildən ÇSKA-nın formasını geyinir. O, daha öncə “Slaven Belupo” klubunun da uğurları üçün çalışıb.

“Kasımpaşa” öz futolçularından ikisi ilə də yollarını ayırıb. Belə ki, norveçli yarımmüdafiəçi Tobias Haynts və müdafiəçi Azad Toptiklə müqaviləyə xitam verilib. Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Hər iki oyunçuya xidmətlərinə görə təşəkkür edilib, onlara gələcək karyeralarında uğurlar arzulanıb.