“Turan Tovuz”un stadionunda yenidənqurma işlərinə start verilib

“Turan Tovuz” klubuna məxsus Tovuz şəhər stadionunda abadlıq və yenidənqurma işlərinə start verilib.

Klubdan Komanda.az-a verilən məlumata görə, stadion ərazisində ikimərtəbəli yeni bina inşa olunur.

“Turan Tovuz” Futbol Akademiyasının sərəncamına veriləcək binada yataq otaqları, akademiya məşqçiləri üçün iş və nəzəri məşğələ otaqları, konfrans və fitnes zalları, tibb və digər zəruri otaqlar yer alacaq.

Bununla yanaşı, projektorların quraşdırılması işlərinə də start verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button