“Turan Tovuz”un legioneri Anqolaya qarşı bir hissə oynadı

Cənubi Afrika Respublikasının futbol üzrə milli komandası növbəti yoxlama görüşünü keçirib.

Komanda.az xəbər verir ki, “Turan Tovuz”un müdafiəçisi Siyanda Xulunun da formasını geyindiyi bu komanda Anqola yığması ilə qarşılaşıb.

Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1.

Siyanda Xulu da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 45+4-cü dəqiqədə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button