“Turan Tovuz”dan son sınaq matçında qələbə

“Turan Tovuz” Gürcüstandakı təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında iştirak edəcək Tovuz təmsilçisi Tiflisdə yüksək liqa təmsilçisi “Qaqra” ilə üz-üzə gəlib.

Ayxan Abbasovun çalışdırdığı kollektiv bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. Tovuzluların qələbə qollarını Ayxan Hüseynov və Natan Oduva vurub.

Gürcüstan toplanışını 2 qələbə, 1 heç-heçə ilə başa vuran komanda iyulun 30-da vətənə dönəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button