“Turan Tovuz”dan azarkeşlərə çağırış

Doğma stadionunda gedən təmir işləri ilə əlaqədar olaraq təlim-məşq toplanışının ilk 2 mərhələsini Bakıda həyata keçirən “Turan Tovuz” Tovuza qayıdır.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda iyulun 3-də doğma meydanda ilk məşqinə çıxacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Ayxan Abbasovun rəhbərliyi altında tam heyətlə baş tutacaq ilk məşqi azarkeşlərin də izləməsinə şərait yaradılacaq. Hətta tovuzlu azarkeşlərin hamısı iyulun 3-ü saat 18:00-da stadiona dəvət olunub.

Xatırladaq ki, “Turan Tovuz” yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button