“Turan Tovuz” yeni rekordun bir addımlığında

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə 14-cü qələbəsini qazanıb.

Komanda.az xəbər verir ki, qərb təmsilçisi evdə “Qəbələ”ni 3:2 hesabı ilə məğlub edib.

Tovuz klubu bununla da Premyer Liqada bir mövsümdəki qələbə sayında öz rekordunu təkrarlayıb. 4-cü dəfə yüksək dəstədə mübarizə aparan “Turan Tovuz” ötən mövsümdə də 14 dəfə qalib gəlib. Çempionatın sonuna 8 tur qalmış bu rekorda çatan komanda növbəti qələbə ilə göstəricini yeniləyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button