Turabovun komandasından “Partizani”ylə heç-heçə

Futbol üzrə Albaniya çempionatında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Partizani” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Eltun da bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan Turabov 80-ci dəqiqədə əvəzlənib.

“Biliş” 5 turdan sonra 8 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Albaniya klubu Turabovu “Sabah”dan icarəyə götürüb.