Turabovun komandasına 1 qol bəs etdi

Futbol üzrə Albaniya çempionatında 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Vlajniya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Eltun bu görüşün iştirakçısı olmayıb. Zədədən yeni qayıdan futbolçumuz son turlarda olduğu kimi, bu oyunda da ehtiyatda qalıb.

“Biliş” 11 turdan sonra 20 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Albaniya klubu Turabovu “Sabah”dan icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button