Tunis millisi baş məşqçi ilə vidalaşdı

Tunis millisinin baş məşqçisi Sami Trabelsi istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.

Bu, yığmanın Afrika Millətlər Kubokunun 1/8 finalında Maliyə məğlub olmasından sonra baş verib. 57 yaşlı mütəxəssislə birlikdə köməkçiləri də komandanı tərk edib.

Tunis millisi əsas vaxtı 1:1 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında (2:3) Maliyə uduzub. Sami Trabelsi 2025-ci ilin fevralında komandanın baş məşqçisi təyin olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button