“Traktorsazi”dən liderlə heç-heçə

Futbol üzrə İran çempionatında 28-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb. Təbriz klubu doğma meydanda lider “Persepolis”lə qarşılaşıb. Son üç oyunda uduzan “traktorçular” bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Təbrizin digər təmsilçisi – “Maşinsazi” isə bu turda “Sepahan”ın qonağı olacaq.

“Traktorsazi” hazırda 50 xalla 16 iştirakçı arasında 4-cü, “Maşinsazi” isə 28 xalla 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button