“Traktorsazi” səfərdən xalsız döndü

Futbol üzrə İran çempionatında 25-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçlarına çıxıblar.

“Maşinsazi” doğma meydanda “Nassaji Mazandaran”la qarşılaşıb. Təbriz klubu bu görüşdə qolsuz heç-heçəyə razılaşıb – 0:0.

Təbriz daha məşhur digər təmsilçisi – “Traktorsazi” isə bu turda Rəşt “Sepidrud”unun qonağı olub. “Traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıblar – 1:3.

“Traktorazi” hazırda 49 xalla 16 iştirakçı arasında 2-ci, “Maşinsazi” isə 27 xalla 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button