“Traktorsazi” liderliyi ələ keçirdi

Futbol üzrə İran çempionatında 22-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda Xorasan “Padideh”i ilə qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıb – 1:0.

“Traktorsazi” bu qələbə sayəsində vahid liderliyi ələ keçirib. Cənubi Azərbaycan nəhənginin hesabında artı1 43 xal var.

Təbrizin digər təmsilçisi – “Maşinsazi” isə bu turda “Pars Jonoubi Jam”ın qonağı olacaq.

“Maşinsazi” 22 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button