“Traktor”dan ÇL-də ilk qələbə!

Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu İraqı təmsil edən “Əl-Kuvə” ilə qarşılaşıb. Ötən tur bu rəqibi ilə qolsuz heç-heçəyə razılaşan “traktorçular”, bu dəfə 1:0 hesablı qələbəyə seviniblər.

Xatırladaq ki, “Traktor” bundan əvvəlki hər üç matçında heç-heçə oynamışdı. İlk qələbədən sonra təbrizlilər 6 xalla B qrupunda 2-ci pillədə qərarlaşıblar. Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şərcə” klubu isə 8 xalla liderdir. Özbəkistan “Paxtakor”u 3 xalla üçüncü, “Əl-Kuvə” 2 xalla sonuncudur.

“Traktor” növbəti matçını aprelin 26-da “Paxtakor”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button