“Traktor” səfərdən xalsız döndü

Futbol üzrə İran çempionatında 21-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.

“Traktorçular” səfərdə “Pars Janoobi Jam” ilə qarşılaşıb. Cənubi Azərbaycan nəhəngi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bu turda “Nassaji Mazandaran”la üz-üzə gəlib və bu oyundan məğlub ayrılıb – 0:3.

“Traktor” hazırda 37 xalla 16 kollektiv arasında 2-ci, “Maşinsazi” isə 24 xalla 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button