“Traktor” səfərdən məğlub döndü

Futbol üzrə İran çempionatında 24-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.

“Maşinsazi” doğma meydanda “Nassaji Mazandaran” ilə qarşılaşıb. Təbriz təmsilçisi bu oyundan məğlub ayrılıb – 0:2.

Təbrizin daha ünlü təmsilçisi “Traktor” isə səfərdə “Şəhr Xodru” ilə üz-üzə gəlib. “Traktorçular” da turu məğlubiyyətlə başa vurublar – 1:2.

Hazırda 33 xalı olan “Traktor” 16 kollektiv arasında 7-ci, 11 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button