“Traktor” səfərdə qələbə qazandı

Futbol üzrə İran çempionatında 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Zobahan”la qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Cənubi Azərbaycanın digər təmsilçisi “Maşinsazi” klubu isə bu turda “Mes Rafsanjan”la üz-üzə gələcək.

10 turdan sonra 16 xalı olan “Traktor” 16 kollektiv arasında 3-cü, 3 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button