“Traktor” da uduzdu, “Maşinsazi” də

Futbol üzrə İran çempionatında 29-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.

“Maşinsazi” doğma meydanda lider “Paykan”lə qarşılaşıb. Təbriz klubu bu oyunda darmadağına üzülüb – 0:5.

Təbrizin daha məşhur təmsilçisi “Traktor” isə səfərdə lider “Persepolis”l’ üz-üzə gəlib. “Traktorçular” da turu məğlubiyyətlə başa vurublar – 1:3.

Hazırda 42 xalı olan “Traktor” 16 kollektiv arasında 6-cı, 14 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.